Azərbaycanda karantin rejimi qismən yumşaldılır (yenilənib)

Aprelin 18-də karantin rejimi mayın 4-dək uzadılıb

Source: Meydan TV

***


Baş Nazir Əli Əsədov bildirib ki, yoluxma halları təkrar artacağı halda Nazirlər Kabineti yayında Operativ Qərargah xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi haqqında qərar qəbul edə bilər:


"Bir daha bildirirəm ki, başqa ölkələrlə müqayisədə nail olduğumuz müsbət nəticələr cənab Prezidentin səyləri və vətəndaş-dövlət həmrəyliyinin sayəsində mümkün olub".

***


Bir sıra sahələrin fəaliyyəti bərpa edilir


Nazirlər Kabineti

yanında operativ qərargah aprelin 27-dən Azərbaycanda karantin rejiminin qismən yumşaldıması barədə qərar verib.

Operativ qərargah COVID-19 virusu ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma hallarını təhlil edib.

Qərara alınıb ki, 27 aprel saat 00:00-dan etibarən bir sıra sahələrdə işlər bərpa olunsun:

1) “ASAN xidmət” mərkəzlərində vətəndaşların qəbulu

ASAN mobil tətbiqi, internet saytı və çağrı mərkəzləri vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlayır.

2) Aşağıda qeyd edilən iş və xidmət sahələrində fəaliyyət bərpa olunur:

● fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla)● kitab satışı

● qəzet satışı

● dəftərxana mallarının satışı

● çap və surətçıxarma fəaliyyəti

● fotoatelye/fotostudiyalar

● fərdi mənzillərdə təmizlik xidmətləri

● dərzi xidmətləri

● kosmetika və ətriyyat satışı

● geyim satışı

● ayaqqabı və dəri məmulatlarının satışı

● qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti

● mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri

● kompüter avadanlıqlarının satışı və təmiri

● elektronika və məişət texnikasının satışı

● mebel satışı

● avtomobil satışı

● kimyəvi məhsulların satışı

● gül və bitki məhsullarının satışı

● kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı

● gübrə və aqrokimyəvi məhsulların satışı

5:17

Məlumatda qeyd olunub ki, Ticarət Mərkəzləri və “Mall”ların nəzdində qeyd olunan sahələrin fəaliyyətinə məhdudiyyət qüvvədə qalır:

“Məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir. Pandemiya dövründə ölkə ərazisində müvafiq strukturların və xidmət sahələrinin fəaliyyəti zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilməlidir”.

Bununla yanaşı, 27 aprel saat 00:00-dan etibarən yaşayış yerini tərk etmək üçün 8103 nömrəsinə SMS məlumat göndərilərkən gələn icazələrin müddəti 2 saatdan 3 saatadək artırılır.

Qeyd edilən tarixdən etibarən bəzi fəaliyyət sahələrinə dair məhdudiyyətlər aradan qaldırıldığından 8103 nömrəsinə icazə almaq üçün aşağıdakı hallarda müraciət olunacaqdır:

● 1 rəqəmi – təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);

● 2 rəqəmi – hazırda fəaliyyətinə icazə verilən sahələr üzrə xidmətlərdən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir);

● 3 rəqəmi – yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün.

Azərbaycanda koronvirusun yayılması ilə əlaqədar məhdudlaşdırma tədbirləri tədricən başlayıb. İlk olaraq fevralın 29-da İranla sərhədlər bağlanıb. Sonradan bu qayda Gürcüstan, Rusiya və Türkiyəyə də aid edilib.

Martın 4-dən ölkədə tədris müəssisələri qapadılıb. Martın 20-dən bir sıra dövlət təşkilatlarının əməkdaşları maaşları saxlanılmaqla bir aylıq ödənişsiz məzuniyyətə göndəriliblər.

Aprelin 5-dən ölkədə tam karantin rejimi tətbiq edilib. Aprelin 18-də karantin rejimi mayın 4-dək uzadılıb.

Aprelin 24-ə olan vəziyyətə görə, Azərbaycanda 1592 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 1013 nəfər müalicə olunaraq sağalıb, 21 nəfər vəfat edib, 558 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 114 min 410 test aparılıb.

Ana səhifəSosialAzərbaycanda karantin rejimi qismən yumşaldılır (yenilənib)