Azərbaycanda karantin rejimi aprelin 1-dək uzadıldı

Eyni zamanda, fevralın 1-dən Azərbaycanda ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.

Source: google.az


“SMS” icazə sistemi ləğv olunur

18 yanvar saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində yaşayış yerini və olduğu yeri “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunur.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın

məlumat

ında deyilir.

Ancaq karantin rejimi 1 aprel saat 06.00-dək uzadılır.

Qeyd olunur ki, dünyada, o cümlədən Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilib, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib.

Operativ Qərargah bazar ertəsindən etibarən ölkə ərazisində aşağıdakı iş və xidmətlərin fəaliyyətinə icazə verib:

“Ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olmaqla); bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət); muzey və sərgi zallarının fəaliyyəti; şəhərlərarası və rayonlararası hərəkət”.

Eyni zamanda, fevralın 1-dən Azərbaycanda ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.

Operativ Qərargah bildirib ki, Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət hazırda qüvvədə qalır:

“Eyni zamanda, şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar isə xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaqdır”.

Azərbaycanda xüsusi karantin rejiminin müddəti sonuncu dəfə dekabrın 8-də

uzadılmışdı

. Yanvarın əvvəlindən Azərbaycanda yeni koronavirus infeksiyasına yoluxanların sayı azalır.

Yanvarın 15-də

isə 349 adam COVİD-19 infeksiyasına yoluxub, 494 nəfər müalicə olunaraq sağalıb, 12 nəfər ölüb.


Xatırlatma

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halının fevralın 28-dən aşkarlandığı açıqlanıb.

O vaxtdan oktyabrın 29-na kimi aşkarlanan gündəlik yoluxmanın heç vaxt minə çatdığı bildirilməmişdi.

Oktyabrın 29-da 1015, 30-da 1022, 31-də isə 1095 yeni yoluxma faktının qeydə alındığı açıqlanıb.

Noyabrın sonundan isə yoluxma sayı 4 min nəfərdən çox təşkil edib.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 500 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Ana səhifəSosialAzərbaycanda karantin rejimi aprelin 1-dək uzadıldı