“Azərbaycanda islam dövlətinin yaranmasının heç bir zəmini və perspektivi yoxdur” (VİDEO)


“İranda yaşayan azərbaycanlılar öz dillərində səlis danışmalıdırlar, onların dillərinə fars tərkibli sözlər daxil olmamalıdır”

Hacı Taleh Bağırzadə – son bir neçə ildə bu ad siyasi və dini çevrələrdə daha çox hallanır. Təkcə dini baxışlarına görə 2 dəfə həbs olunan Hacı Taleh Bağırzadəyə qarşı sürülmüş sonuncu ittiham dindarların etirazına səbəb oldu. İttiham dindarlara qarşı irəli sürülən ənənəvi narkotik maddəsi idi. Bugünlərdə azad olunan Hacı Talehlə söhbətimizdə mövcud ictimai-siyasi vəziyyətlə bərabər din-dövlət baxışlarında yaranan sualları aydınlaşdırmağa çalışdıq.



Taleh b


əy, azad olunan gün bildirmişdiniz ki, kiçik həbsxanadan böyük həbsxanaya çıxmısınız. Kiçik həbsxana


da



vəziyyət aydındır, bu mənada böyük həbsxanada durumu dəyişmək üçün hansı addımlar atılmalıdır?

–         Bismillahi-Rəhmani-Rəhim. Sualınıza cavab verməzdən əvvəl məsələyə təhlili yanaşmaq lazımdır, yəni indiki vəziyyətin yaranmasının kökləri və Azərbaycanı böyük zindan edən səbəblər nədən ibarətdir? Biz səbəbləri araşdırıb tapandan sonra müalicəsi haqqında düşünməli və xalqımızın inkişafı üçün çalışmalıyıq. Mövcud mənzərə göz önündədir, həbsxanalarda haqsız həbs olunanlar var, o insanlar öz azad fikirlərini ifadə etmək üçün səslərini ucaldıblar. Hakimiyyət də öz basqı və repressiyası ilə bu səsləri boğmaq istəyir, amma qeyri-mümkündür. Tarixi mütailə etdikdə hər dövrdə bu cür hadisələrin olduğunu görürük, mübarizənin uzun və qısa olmasından asılı olmayaraq, sonda qalib xalq olub. Hazırda həmin proses gedir. Niyə biz Azərbaycanı böyük zindan adlandırırıq? Bilirsiniz ki, hakimiyyət iqtidarını humanizm və demokratik əsaslarlarla yox, güc strukturları vasitəsilə saxlayır. Hökumət insanları təhdid edir və bunun vasitəsilə onlarda qorxu yaradır. Bu qorxu insanların düşünməyinə mane olur. Bəzən bizi lider adlandırırlar, həqiqətdə isə biz xalqın xidmətçisi və nökəriyik. Biz vicdan məhbusları-kiçik və böyük zindanda olanların cəmiyyətə nə faydası var? Görünən hissə ağrı-acılıdır, insanlar narahat olur, amma böyük zindandan çıxmaq üçün bunun faydaları nədir? Söhbət Azərbaycanın azad olunmasından gedir. Bugün Azərbaycan “minalanmış sahə”lərlə doludur, hakimiyyət hər evə qorxu minası yerləşdirib, nəticədə insanlar düşüncələrini açıq ifadə etməkdən qorxurlar. Səbəb də güc strukturlarının onları cəzalandırmasıdır. Belə bir halda xalqının gələcəyini düşünən insanlar başlayırlar minaları zərərsizləşdirməyə, həmin qorxunu cəmiyyətdən ustalıqla, məharətlə götürməklə xalqa düşünmək üçün yol açırlar.



Minaları zərərsizləşdirə bilirlərmi?

–         Həbsxanalara düşməklə insanlarda qorxu hissini aradan qaldırırlar. Bir neçə il əvvəllə müqayisədə bugünün həbsxanasına baxış fərqlidir. Böyüklər uşaqları elektrikdən qorxutduğu kimi hakimiyyət də xalqa o cür yanaşırdı, o zaman xalqımız da uşaq təfəkküründəydi. Şükür Allaha, Azərbaycan xalqı yetkinləşir, hakimiyyətin qorxusuna inanmır və həbsxanalara qorxu mənbəyi kimi baxmır. İnsanlar deyir ki, həbsxanaya vicdanımız, dinimiz, milli-mənəvi dəyərlərimiz üçün gedərik. Bəzən bu minaları zərərsizləşdirənlər “mina”ya da düşürlər. Söhbət həbsxana və şəhid olmaqdan gedir, bu, təbii və gözləniləndir. Ancaq minalar zərərsizləşdirilməmiş azadlıqdan və liderdən danışmaq olmaz. Bu xalqın liderləri gələcək, biz sadəcə olaraq, hazırda mina təmizləmə işlərilə məşğuluq ki, insanlar düzgün düşünə bilsinlər. İkinci əsas məqam hakimiyyətin xalqı düşüncə azadlığından mərum etməsidir. Bu gün banklara borcu olmayan elə bir ailə yoxdur. 5 gün iş sistemi qurublar, 2 gün də televiziyaların əyləncəsi hesabına insanları düşünməkdən məhrum ediblər. Bəs həbslərin faydası nə oldu? Birinci fayda həbslərin insanları düşündürməsi oldu, çünki insanın vicdanı var. Hakimiyyətin bu yöndə layihəsi alt-üst oldu, insanlar artıq dustaqları da düşünürlər.


“Həbsdəki qadınların azad olunması şərtilə onları zindanda əvəz etməyə hazırıq”



Ancaq bir məsələ var, mina təmizləyən adlandırdıqlarınızın qohumlarını təhdid və həbs edirlər. Qənimət Zahidin və Emin Millinin qohumlarının həbsini bilirsiniz, eyni zamanda, xanımları həbs edirlər, hüquq müdafiəçisi Leyla Yunusa 11 il cəza istəməsi prosesin uzun



müddət



davam edəcəyinə əsas vermirmi?

–         Şübhəsiz ki, mübarizə uzun və qısamüddətli ola bilər. Bu, bizim qətiyyətimizdən, sarsılmaz iradəmizdən və möhkəmliyimizdən asılıdır. Görün, şüur nə qədər inkişaf edib ki, hakimiyyət mübariz insanların qohum-əqrabasına təzyiqlər edir. Artıq şəxslərin azadlığını alsalar da, düşüncələrini məğlub edə bilmirlər. Ona görə başqa vasitələrlə təzyiq edirlər, zahiri baxımdan qohumlara təzyiqlər narahatlıq doğuracaq, amma bu narahatlıq sonda hakimiyyətə ziyan olacaq. Çünki insanlarda hakimiyyətə nifrət yaranacaq. Nifrət yarandısa, qorxu aradan qalxacaq. Cəmiyyətdə nifrətin əhatəsi genişlənsə, hakimiyyət bundan çəkinəcək. Təəssüf ki, bu gün xalq öz nifrətini açıq ifadə etmir, qorxur. Əslində repressiya siyasəti xalqın düşüncəsinin inkişafına səbəb olur. Çünki düşüncə olmayan yerdə inkişafdan söhbət gedə bilməz. Bizim əqidəmiz düşüncədir, Azərbaycanı da düşünə bilən insanların çoxluğu xilas edəcək. Bu gün gəncliyimizi azad təfəkkürlü görmək istəyirik. Qadınların həbsinə gələk. Qobustanda olduğum müddətdə ən narahat olduğum hadisə Leyla Yunusla Xədicə İsmayılın həbsi idi. Qadınlar zərif olduqlarından onlara hörmət qoyulmalıdır, kişilərə Allah-Təala güc verib. Düzdür, mənəvi baxımdan qadınla kişi bərabərdir, fiziki nöqteyi-nəzərdən fərqlər göz önündədir. And olsun Allaha, hakimiyyət bizimlə saziş bağlasa ki, sizi qadınların yerinə həbs edirik, yəni onları azad etmək mənasında, biz ona hazırıq. Ermənistan torpaqlarımızı işğal edəndə qadınlarımızı, namusumuzu əsir aldı, işğalçılar bu ağrı-acını bizə yaşadıblar. Hələ də qisasımızı almamışıq, bu əhval-ruhiyyə ilə yaşayırıq. Bununla yanaşı, ictimai-siyasi həyatda qadınlarımızın həbsdə olması doğru deyil, onlar bu gün həbsdə olmamalıdırlar. Bu gün Leyla Yunusla Xədicə İsmayılı qorumasaq, həbslər bizim evimizə də gəlib çıxacaq. Bax, bu, çox önəmli nöqtədir. Hakimiyyət bununla qadın həbsini adiləşdirir. Gülər Əhmədova həbs olunanda çox narahat oldum, çünki bu həbsdə, o, kiçik fiqur idi, daha böyük fiqurlar vardı. Bununla da Gülər Əhmədovanın həbsi ilə qadınların həbsini adiləşdirdilər, elə ona görə narahatlığımı ifadə etdim ki, azad fikirli xanımların həbsi başlayacaq. Bir daha deyirəm, biz xanımları qorumalıyıq, Azərbaycan qadınının yeri həbsxana deyil.



Hac


ı


, siz din-d


ö


vl


ə


t m


ü


nasib


ə


tl


ə


rind


ə



dinin d


ö


vl


ə


td


ə


n ayr


ı



olmad


ığı


, bir yerd


ə



oldu


ğ


u m


ü


dd


ə


as


ı


n


ı



s


ə


sl


ə


ndirirsiniz, o zaman Konstitusiyada bu m


ə


s


ə


l


ə



il


ə



ba


ğ


l


ı



ə


ksini tapan m


ü


dd


ə


a s


ə


hvdir?

–         Konstitusiyada bu məsələ kökündən səhvdir. Din dövlətdən ayrıdır, bunun mənaları var, Qafqaz Müsəlmanları İdarəsinin və digər axundlar var ki, onların rəsmi statusu var, yəni parlament seçkilərinə qatılmaq ixtiyarı yoxdur. Çünki Konstitusiyada din dövlətdən ayrıdır. Ancaq bir inanclının konstitusion hüququ var-din azadlığı. Bir islamçı prezident də seçilə bilər, parlamentə mandat da qazanar. Şəxsi fikrimizi öyrənmək istəyirsizsə, İslam nöqteyi-nəzərindən din dövlətdən ayrı deyil, amma Azərbaycanın mövcud qanunvericiliyi din-dövlət münasibətlərini məhdudlaşdırmır. Biz inanclı insanların da parlament və prezident seçkilərində iştirak etmək hüququmuz var. Yəni islamçı yaşam tərzi dövlət idarəçiliyinə maneə deyil. Bəziləri “din dövlətdən ayrıdır” fikrini əsas gətirib bəyan edirlər ki, dindar ictimai-siyasi proseslərə qoşulmamalıdır, dindar yalnız namazın qılıb, orucunu tutmalıdır. Əslində, İslam zülmün qarşısında dayanmağı təbliğ edir.





Hazırki vəzifəmiz mövcud duruma uyğun hərəkət etməkdir





Sualımı bir daha konkretləşdirim; siz Azərbaycanda



i


slam, teokratik dövlət qurulmasını istəyirsiniz, yoxsa dünyəvi dövlətin



olmasını


?

–         Ümumiyyətlə, Azərbaycanda bu gün fundamental islam dövlətinin qurulması qeyri-mümkündür, bunun perspektivi görünmür. Bəziləri bu barədə danışsalar da, bilin ki, islam dövləti çox mürəkkəb quruluşa malikdir. Məhkəmə sistemində onlarla müctəhid lazımdır, Azərbaycanda isə müctəhid yoxdur, tələbələr yetişməyib. Yaxud islam qanunvericiliyini bilən şəxsiyyətlər lazımdır, onlar Azərbaycanda yoxdur. İslam dövləti adla getmir, ideal, fundamental dövlətinin qurulmasından danışırıqsa, Azərbaycanda bunun heç bir zəmini və perspektivi yoxdur. Bir şey ki, perspektivi yoxdur, ondan danışmaq sadəlövhlükdür. Hazırki vəzifələrimiz mövcud duruma uyğun hərəkət etməkdir.



Bəs gələcək üçün bu barədə düşünürsünüzmü?

–         Gələcək dedikdə, biz islamçıyıq, Allaha inanırıq, əqidəmiz var. Bütün müsəlman dünyasının sonuncu imam Həzrəti Mehdinin gələcəyini gözlədiyini bilirsiniz, çünki gəlib ədalətli dövlət quracaq, islam nöqteyi-nəzərindən bu baxış var. Şübhəsiz ki, biz bu baxışdayıq ki, bir gün gələcək islamın səsi, ədalət bayrağı bütün dünyaya yayılacaq.



Ancaq sufilər deyir ki, Həzrəti Mehdi insanın içində doğulacaq, insan daxilən kamilləşəndən sonra dünya dəyişəcək…

–         Bəli, sufilər, başqa baxışlar var. Mən sizə ümumi baxışı dedim. Bu gün əhli-sünnə və əhli-şiə fərq etməz, hətta vəhhabilər belə Həzrəti Mehdinin gəlişini gözləyirlər. Xristianlıq və yəhudilikdə də, bütün dinlərdə sonuncu gəliş var, nicat gətirən.



Yenid


ən din-dövlət məsələsinə qayıdaq, dö


vl


ə


t siyas


ə


tin, siyas


ə


t d


ö


vl


ə


tin oldu


ğ


u yerdir, biz he


ç



zaman e


ş


itm


ə


dik ki, din siyas


ə


tdir. O zaman bel


ə



bir ziddiyy


ə


tli sual yaran


ı


r ki, H


ə


qqin pey


ğə


mb


ə


r


ə



g


ö


nd


ə


rdiyi ay


ə


l


ə


r siyas


ə


tdir, yoxsa, insanlara



ü


nvanlanan nec


ə



ya


ş


amaq t


ə


rzi?

–         Siyasət düzgün idarəçilik formasıdır, bəziləri siyasətlə məşğul olsalar da, düzgün idarə etmirlər. İslam gəlibsə, burda siyasət qaçılmazdır, çünki insanların idarəçiliyi birbaşa siyasət deməkdir. İslam Peyğəmbəri Mədinə şəhərində sözün həqiqi mənasında islami demokratiyanı bərpa etdi, Məkkədə imkan vermədilər. İnsanlar İslam Peyğəmbərini seçib Mədinəyə dəvət etdilər. Ancaq bu gün yanaşmalar fərqlidir, modernizm və postmodernizm, birinci keçmişi inkar edirsə, ikinci inkar yox, yenidən dəyərləndirməni qoyur. Bu prizmadan yanaşdıqda demokratiya anlayışını yenidən dəyərləndirməliyik, demokratiya təkcə dünyəvilik deyil, xalqın seçimidir. Xalq islamı seçirsə, bu da demokratiyadır, yox, dünyəviliyi seçirsə, yenə demokratiyadır. Xalqın iradəsi sərgilənirsə, burda demokratiya söhbəti gedir. Ancaq bunlar uzun mövzular olduğundan, inşallah, bir dəfə də qayıdarıq.



Amma sualıma konkret cavab almaq istəyirəm:



H


ə


qqin pey


ğə


mb


ə


r


ə



g


ö


nd


ə


rdiyi ay


ə


l


ə


r siyas


ə


tdir, yoxsa, insanlara



ü


nvanlanan nec


ə



ya


ş


amaq t


ə


rzi?

–         Burda ayırmağa ehtiyac yoxdur, bəzən deyirlər ki, Babək kafir, yoxsa mücahid olub? Ola bilər, Babək həm qəhrəman, həm də kafir olsun. Yenə ona gəlirəm, din siyasətdən ayrı deyil, siyasət dinin tərkib hissəsidir, çünki dində idarəçilik deyilən bir anlayış var.



O zaman başqa bir sual yaranır,



islam d


ö


vl


ə


ti v


ə



ya din


l


ə



d


ö


vl


ə


t bir yerd


ə



olarsa, bu, nec


ə



idar


ə



edil


ə


r, t


ə


k



şə


ri


ə


t qaydalar


ı


na



ə


saslan


ı


larm


ı?



B


unu nec


ə



qavra


d


ığı


n


ı


z


ı



izah edin…

–          Bu məsələdə qanunverici kim olmalıdır, mühüm bəhs olduğundan qısaca izah edəcəm. Qanunverici birinci növbədə insanların maddi və mənəvi tərəfini yaxşı tanımalıdır ki, onların rifahı üçün qanunlar tərtib etsin. İnsanı tanımayan onun üçün yaxşı qanunlar tətbiq edə bilməz. Biz bütün vücudumuzla Allaha inandığımızdan hesab edirik ki, insanı Allahdan yaxşı tanıyan yoxdur. İnsanı Allah yaradıbsa, şübhəsiz ki, qanunverici də Allah özüdür və insanlara peyğəmbərlər vasitəsilə yol göstərib. Şübhəsiz ki, ideal islam dövləti insan beyninin məhsulu ilə yox, Allah qanunlarıyla idarə oluna bilər. Ona görə islamın müasirliklə səsləşməsi mövzuları müzakirə olunmalıdır. Vaxt vardı, regiondakı islam dövlətlərinin məhv olacağından danışırdılar. Amma bu gün Avropa nüvə sazişi məsələsi ilə bağlı münasibət qurur, inkişaf gedir. Bu, islam qanunvericilyinin köhnəlmədiyini göstərir. Söhbət İrandan yox, müsəlman dünyasından gedir.


“Peyğəmbərin gətirdiyi islamla bugünkü islam arasında fərq var”



Bəs islam dövlətləri, İran, Pakistan, doğrudanmı, şəriətlə idarə olunur?

–          Bu dövlətlərin Konstitusiyasında, xüsusən İranın, islami qanunlar tətbiq olunur. Qanunları müctəhidlər yazır, orda görünən dünyəvi qanunlar da islamın dəstəklədiyidir. Ki, islam qapalı din deyil. Sadəcə, zaman keçdikcə, islam təhrif olunub. Peyğəmbərin gətirdiyi islamla bugünkü islam arasında fərq var. Görürsünüz ki, islam coğrafiyasında necə böhran yaşanır, bunun da səbəbləri var, söhbət xarici qüvvələrin müsəlmanlara təsirindən gedir. Qardaş Türkiyədəki son hadisələr göz önündədir,  ölkəni müharibəyə cəlb ediblər, düzdür, hakimiyyətin apardığı siyasət də problemlərə rəvac verir. Amma bizi qonşularımızdakı problemlər narahat edir, İran, Türkiyə, Əfqanıstan – bunlar bizim müsəlman qardaşlarımızdır.



Bütün hallarda hakimiyyətdə islamçıların olmasına baxmayaraq, Türkiyə də daxil olmaqla, islam dövlətlərinin şəriətlə idarə olunmadığı təsdiqlənir…

–          Ümumiyyətlə, Türkiyə demokratik dövlət gedir…



Bəs İran və Pakistan, bunlarda şəriət əsasdırmı?

–         Bəli, şəriət əsasdır. İran İslam Respublikasında şəriət əsasdır.



Ba


ş


qa bir c


ə


h


ə


t, b


ü


t


ü


n dill


ə


r Allah


ı


n yaratd


ığı



mill


ə


tl


ə


r


ə



nem


ə


tidir.



İ


ndi el


ə



islam d


ö


vl


ə


tl


ə


ri var ki, Allah


ı


n nem


ə


tini h


ə


min xalq


ı


n



ə


lind


ə


n al


ı


r,



ö


z dilind


ə



m


ə


kt


ə


b, q


ə


zet, jurnal a


ç


ma


ğ


a qoymur, harda qald


ı ə


dal


ə


t v


ə



bu Allah h


ö


km


ü


n


ə



nec


ə



riay


ə


t etm


ə


kdir?

–         Ümumiyyətlə, XXI əsrdə dilin üstündə hesab açmaq bir az gülüncdür. Dil insanın fikirlərini ifadə etmək üçün bir vasitədir, fərqi yoxdur, ərəb, türk və fars dili olsun. Amma təəssüflər ki, xarici imperialist qüvvələr dildən istifadə edib insanlar arasında çaxnaşma yaradırlar. İran bizim qonşumuzdur. Amma təkcə İran Azərbaycanında deyil. Gürcüstanda da, Ermənistanda da, Rusiyada da, Türkiyədə də tarixi torpaqlarımız var. Niyə biz bu boyda prosesin içindən ancaq İranın üstünə düşmüşük? Bu, hansı layihəyə xidmətdir?


“İranda yaşayan azərbaycanlılara mədəni hüquqlar verilməlidir”



Məgər, mədəni hüquqlara riayət olunmamalıdır? Baxın, “Traktor” futbol klubunun oyununda “türk dilində mədrəsə açılsın” şüarını sısləndirənləri Evin həbsxanasına aparırlar. Bunu necə izah edərdiniz?

–         Bu gün İranda yaşayan azərbaycanlılar öz dillərində səlis danışmalıdırlar, onların dillərinə fars tərkibli sözlər daxil olmamalıdır. Biz tərəfdarıyıq ki, İranda Azərbaycan dili  mükəmməl tədris olunsun və təhrif olunmasın.



Yəni azərbaycanlılara mədəni hüquqlar verilməlidir?

–         Bəli, verilməlidir.



İslam ölkələrindəki vəziyyə






qayıdaq, mən regiondakı son hadisələr baxımından bu sualı verirəm; İŞID, “Əl-Qaidə”, yaxud 17 ərəb dövləti var, amma münasibətlər heç də yaxşı deyil. Əgər şəriət dövləti qurulacaqsa, onlarla münasibətlər necə tənzimlənəcək?

–         İslam sülh dinidir, qılınc dini deyil. Azərbaycandakı tolerantlıq göz önündədir, xaricdən müdaxilə olmasa, rahat yaşaya bilirik.



Ancaq dünyada İŞID da var…

–         Şübhəsiz ki, İŞID regionun və dünyanın problemidir, yalnız müsəlman dünyasının problemi deyil. Onlar Amerika və Avropaya da gedib çıxıb, maliyyələləri də möcüzə ilə yaranmadı. Sual olunur, Qəzzafini darmadağın edən koalisiya niyə İŞID-la mübarizəni düzgün aparmır? Kimə lazımdır bu İŞID ki, regionda təhlükə yaradıb? Müsəlman dünyasına lazım deyil. Dində məcburiyyət yoxdur, islamın yanaşması sülh və mərhəmətdir. Sadəcə, islamın Qərbə inteqrasiya olunmaması üçün bu problemləri ortaya atırlar.





Sual yaranır;



B


u qədər insanı qırırsan, amma İsrailə bir güllə də atmırsan, niyə?





Amma son məqsədi xilafət yaradıb VI



əsrə qayıtmaq tələbini qoyan İŞID-ın daxilində olanlar da namaz qılır, oruc tutur,



yəni



müsəlmanlardır…

–         Meyarlar var və biz bu meyarlarla haqqın nə olduğunu bilərik. Biz də çox iddia qoyarıq, xilafət və s. Bu gün islam dünyasının döyünən bir ürəyi var-Fələstin, Qəzza, ordakılar da əhli-sünnədirlər. Qarabağımız işğal altında olduğundan o ağrı-acının nə olduğunu bilirik. 60 ildir İsrail Fələstin torpağın işğal edib, öz dövlətini qurub. Bizim meyarımız bu mübarizədə kimin kimə dəstək verməsidir. Bu gün Qəzzaya dəstək verən müsəlmandır, çünki müsəlmanları müdafiə edir. Sual yaranır; Bu qədər insanı qırırsan, amma İsrailə bir güllə də atmırsan, niyə? Hətta İsraillə əməkdaşlıq edir, faktlar var ki, İŞID-ın yaralıları orda müalicə olunurlar.



Ancaq bu məsələdə susan, ilk növbədə, ərəb dövlətləri deyilmi?

–         Bəli, heç Səudiyyə Ərəbistanı susmur, əksinə dəstək verir.



Yaxud İran 90-cı illərdə Azərbaycan torpaqlarının işğal olunmasında Ermənistana dəstək verib, bu faktı etiraf edirsinizmi?

–         Bilirsiniz, bu fakt dediyiniz müzakirə olunmalıdır, buna birmənalı şəkildə “hə”, ya da “yox” deyilə bilməz. Biz doğrunun tərəfdarıyıq, amma birmənalı şəkildə İranın Ermənistana yardım etdiyini demək İranın mənfi simasını göstərir. Bəs Azərbaycana nə edib? Sual budur.



Amma Erm


ənistanın keçmiş prezidenti Ter-Petrosyan deyirdi ki, 90-larda



İran olmasaydı, onlar məhv olmuşdular. Məgər, bu, sizə nəsə demirmi?

–         Bilirsiniz, bu mövzular barədə birmənalı fikir bildirmək çətindir. Çünki məsələ obyektiv araşdırılmalı, hər iki tərəf dinlənilməlidir. Torpaqlarımızın işğal altında olduğu indiki vaxtda ümidimiz Türkiyə və İranadır, çünki ATƏT-in Minski Qrupu öz fəaliyyətini düzgün qurmur. Bunlar Azərbaycanın əleyhinədir, həmsədr dövlətlər Ermənistana dəstək verir. Azərbaycana İran və Türkiyə dəstək verə bilər və bizim bununla bağlı layihəmiz də var: bir ümmət, üç dövlət anlayışı.



B


əs


, onda milli hüquqlar necə olacaq?



Y


enə gəlir o suala ki, islam dövləti yaranacaqsa, milli hüquqlar tanınacaqmı?

–         Biz, ümumiyyətlə, islam dövləti yaratmaq haqqında fikir söyləmədik. Söhbət ondan gedir ki, Qarabağın azad olunması üçün nə etmək olar, Türkiyə, İran və Azərbaycan müsəlman dövlətləridir, yəni regionda əsas güc dövlətləri adlarını çəkdiklərimdir. Biz bunların dəstəyini qazanmaqla və öz gücümüzlə Qarabağı işğaldan azad edə bilərik. İslamın dilə və mədəniyyətə baxışına gəlincə, ideal islam heç kimin dilini təhrif etmir, çünki islam insanlara haqqı başa salır. O, istəyir islamı Azərbaycan dilində, yaxud ərəbcə ifadə etsin, burda heç bir üstünlük yoxdur.


“T


əsis etdiyimiz Müsəlman Milli Hərəkatının ideologiyası milli və islami məfkurədə ümmətçilikdir”



Sizə elə gəlmir ki, orta əsrlərdə islam ərəb şovinizminə xidmət edirdisə, bu gün regionda olan islam fars şovinzminə xidmət edir?

–         Biz Müsəlman Milli Hərəkatı təsis etmişik, ideologiyamız milli və islami məfkurədə ümmətçilikdir. Milli kimlik nə məsələdir? Milli kimlik Allah tərəfindən xalqlara verilən hüquqdur. Qurani-Kərimdə Allah buyurur ki, insanları qadın və kişidən yaratdıq və onları qəbilələrə, xalqlara böldük ki, bir-birilərini tanısınlar. Bu gün bizim əsas borcumuz birinci növbədə müstəqilliyimizi qorumaqdır. Hazırda müsəlman dövlətlərindən də, Qərbdən də bizə ciddi problemlər gəlir. Milli kimliyimizi bilməsək, dilimizi möhkəmləndirməsək, İran, Türkiyə, Ərəbistan olsun, yaxud  Qərb olsun, onların təzyiqi qarşısında dayana bilmərik. Əgər millət Şah İsmayılın olduğunu bilsə, oyanacaq. Şah İsmayıl Azəbaycan dilini rəsmi dil kimi təsdiqləyib, Cavad xan imperiyanın qarşısında diz çökmədi, şəhid olsa da, qələbə çaldı. Bunlar bizim milli kimliyimizdir. Bizim məqsədimiz odur ki, xüsusilə islamçılar milli kimliyə sahib olmalıdırlar. Və milli kimliklə “anti-virusumuzu” işə salmalıyıq. Bu gün İrandan Azərbaycanın onların ərazisi olduğu fikirləri səslənərsə, əlbəttə, bununla razılaşa bilmərik. Ola bilər ki, Türkmənçay müqaviləsindən əvvəl onların tərkibində olaq, vaxtilə Osmanlı İmperiyası da Ərəbistanı zəbt etmişdi, amma, bu, o demək deyil ki, Ərəbistan Türkiyənindir. Bu mənada biz Azərbaycanın müstəqilliyini əsas götürür və islamı da İran və Türkiyə ilə qəbul etmirik.



Bu mənada azan türkcə deyilməlidir, yoxsa ərəbcə?

–         İslam baxışı Peyğəmbər baxışı ilə ölçülür. Çünki dinimizin banisi islam peyğəmbəridir. Şübhəsiz ki, islamın dili də ərəb dilidir, həm də bu dil zəngindir, bəzi fikirlər var ki, onu Azərbaycan və fars dilinə çevirsək, uzun olur, ifadə etmək olmur. Şübhəsiz ki, islam azanı neçə əsrdir ərəbcə deyir, yaxud namazı. Allah-Təala bunu ərəbcə göndəribsə, biz də ərəbcə deməliyik.



Mən yenidən dövlət məsələsinə qayıdıb bir daha aydınlaşdırmaq istərdim;



D


in və dövlət birgə olarsa, müsbətə doğru nəsə dəyişə bilərmi?

–         Bu gün Amerika demokratiyanın beşiyi sayılır. Ancaq XXI əsrdə ABŞ-da hələ dəri problemi var, nə qədər demokratiya carçısı olsalar da, ağdərili-qaradərili problemi dünyaya ciddi siqnal olur. İslam VII əsrdə bu məsələni həll etdi, dedi ki, insanların üstünlüyü irqi, milli və dini deyil, Allah yanında ədalətli olmalarıdır, yəni meyar olaraq ədaləti qoydu. Bu gün bütün dövlətlərin hamısının özünəməxsus qüsurları var, islam nöqteyi-nəzərindən ideal dövləti XII imam Həzrəti Mehdi qayıdıb quracaq. Xristianlarda İsanın qayıdışı qoyulur. Bu, kimlər üçünsə utopiya ola bilər, amma bizim Qurani-Kərimə inamımız onun intizarında olduğumuzu göstərir. XII imam gəlib dünyada ədaləti bərpa edəcək, nəinki bir dövlətdə və regionda. Çünki insanların hamısı ədalət istəyir.


“ MTN-nin generalları daha yaxşı bilirlər…”



Nəhayət, son sual:



S


iz həbsdən çıxanda sosial şəbəkələrdə İranla bağlılığınız çox vurğulandı. Bu şiə məzhəbindən olmağınızla bağlıdır, yoxsa qərəzdən doğur?



B


əlkə bənzər şeylər var?

–          İki dəfə həbsdə olmuşuq, o zaman da demişik ki, MTN-nin  generalları gəlib bizimlə görüşsün. Çünki Azərbaycanın təhlükəsizliyini qoruyan Milli Təhlükəsizlik Nazirliyi kimlərin xarici dövlətlərə işlədiyinə nəzarət edir. Yəni MTN-nin generalları daha yaxşı bilirlər. Bu mənada özümüzdən çox arxayınıq, vərəqimiz ağappaqdır, heç kimlə əlaqəyə girməmişik, nə də pul alıb, vermişik. Bu məsələləri MTN yaxşı bilir ki, problemimiz yoxdur, İrana, Türkiyəyə və yaxud Qərbə işləmirik. Azərbaycan daxilində öz düşüncələrimizlə, islamdan, milli-mənəvi dəyərlərimizdən sintez edib mübarizəmizə başlamışıq. Mən şiə-sünni məsələsinigetmək istəmirəm, ideologiyamız milli və islami məfkurədə ümmətçilikdir, müsəlmandırsa, istəyir namaz qılsın, yaxud qeyri-namaz qılsın, ona da qardaş kimi baxırıq. Ancaq şiəlik İran İslam Respublikasından yayıldığı üçün bəziləri bizi tanımadıqlarından İran məsələsini gündəmə gətirirlər. Biz İranın heç nəyinə aşiq deyilik. İranın özü yox, islamı əhəmiyyətlidir.

Ana səhifəVideo“Azərbaycanda islam dövlətinin yaranmasının heç bir zəmini və perspektivi yoxdur” (VİDEO)