Azərbaycanda irimiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb

Təlimlər 13-17 noyabrda keçiriləcək

Source:


Təlimlər 13-17 noyabrda keçiriləcək

Noyabrın 13-dən təsdiq edilmiş əməliyyat hazırlığı planına əsasən, müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvәlərin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovun rəhbərliyi ilə Hərbi Dəniz Qüvvәləri tam heyətdə, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının hissə və bölmələrinin, həmçinin, Fövqaladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin iştirakı ilə birgə əməliyyat-taktiki təlimləri başlayıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, təlimlərdə təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsinə 5000 nəfərdən artıq şəxsi heyət, 40-a dək döyüş gəmi və katerləri, raket və artilleriya qoşunlarının 58 qurğusu, Hərbi Hava Qüvvələrinin 20-dək döyüş təyyarə və helikopterləri, Hava Hücumundan Müdafiə Qoşunlarının bilavasitə, qruplaşmanın hava hücumundan müdafiəsının təşkili məqsədilə 50-dək müxtəlif vasitələri, o cümlədən,  xüsusi təyinatlı qüvvələr cəlb edilib.

Təlim 3 mərhələdə həyata keçiriləcəkdir.

Təlimlərin aktiv fazasında cəlb olunan bütün növ vasitələrdən döyüş atışları icra olunacaq.  Təlimlər noyabrın 17-dək davam edəcək.

Ana səhifəXəbərlərAzərbaycanda irimiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb