Qonşu Türkiyə höküməti arda-arda twitter və youtube-a yasaq qoydu.
Ərdoğan höküməti hələ internetə nəzarəti gücləndirmək məqsədi ilə qanun qəbul edən ərəfdə, Azərbaycan parlamenti də bu istiqamətdə işlərə başlayıb. Bir müddət öncə Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova “Trend” agentliyinə bildirib ki, parlament “İnformasiyanın psixoloji təhlükəsizliyi haqqında” qanun layihəsinin hazırlanması üzərində işləyir. Onun müsahibəsindən aydın görünür ki, yeni qanun internetə senzura məqsədi daşıyır:
“İndi demək olar ki, dünyanın əksər ölkələri informasiya və psixologiya təhlükəsizliyi ilə bağlı qanun qəbul ediblər. Rusiyada isə bu qanun federal səviyyədə artıq qəbul edilmək üzrədir. Milli Məclis tərəfindən də belə bir qanunun qəbul edilməsi vacibdir. Bu qanun həm bütün media məkanını, həm də virtual informasiya məkanı olan interneti nəzarətdə saxlayacaq”.