“Azərbaycanda insan haqları müdafiəçilərinin təqibi davam edir”.

“Human Rights Watch” təshkilatının Avropa və Orta Asiya Şöbəsinin direktor muavini Raçel Denber beynəlxalq qurumlara səsləndi

Source:



“Human Rights Watch” təshkilatının Avropa və Orta Asiya Şöbəsinin direktor muavini Raçel Denber beynəlxalq qurumlara səsləndi

“Arif, əzizim! Bax, birgə həyatımızın 36 ilindən sonra biz başqa-başqa zonlardakı ayrı kameralardayıq”.

Bu sözləri Leyla Yunus ötən həftə yoldaşına neftlə zəngin Azərbaycanın paytaxtı Bakıdan, təcridxanadan ünvanlayıb.

Ötən ay ölkənin ən tanınmış insan haqları müdafiəçilərindən biri Leyla Yunus dövlətə xəyanət və digər ittihamlarla həbs olunub. Altı gün sonra onun həyat yoldaşı, tarixçi və ictimai xadim Arif Yunus da təcridxanaya yoldaşının şəkər xəstəliyini nəzarət altında saxlamaq üçün yemək və dərman apardığı yerdə həbs edilib.

Onlarıtanıdığım 20 il ərzində həmişə Azərbaycanda çox ciddi insan haqları problemləri ilə məşğul olublar. Son iki ildə hökümət tərəfindən repressiyaların artmasına baxmayaraq, heç nə məni Leyla və Arifin həbsinə, onların dərmansız, lazımi ərzaqsız və havasızlıq şəraitində saxlanmalarına hazırlaya bilməzdi.

Bir həftə sonra ölkənin ən peşəkar  vəkili İntiqam Əliyevin də saxta vergi ittihamları ilə həbsi məni heyrətə gətirdi. Leyla və Arif kimi onun da 50-dən çox yaşı və səhhətində problemləri var. Digər bir nümunə isə oxşar ittihamlarla həbs edilən xarizmatik insan haqları müdafiəçisi, 30 yaşını həbsdə qeyd edən Rəsul Cəfərovdur.

Rəsul, İntiqam və Leyla birgə hökümətin siyasi motivlərlə həbs etdiyi insanların siyahısı üzərində çalışırdılar. Son iki il ərzində həmin siyahıya çox adlar da əlavə edilmişdi, hökümət bloqqerləri, sosial şəbəkə fəallarını, siyasi fəalları,jurnalist və insan haqları müdafiəçilərini qondarma ittihamlarla həbs etdirməyə davam edib. Hazırda Rəsul, Leyla və İntiqam özləri də bu siyahıya əlavə olunublar. Hakimiyyət Leylaya qarşı ifadə vermək üçün çoxuna təzyiq göstərib, qarayaxma kampaniyasına bütün səylərini səfərbər edib.

Şübhəsiz, hakimiyyət ölkənin insan haqları hərəkatının başçısını aradan qaldırmaqla davamçıları da susdurmağa və gözlərini qorxutmağa çalışır. Onlar həmçinin müstəqil QHT-lərin maliyyələşməsinin qarşısını amansızlıqla alırlar. Son bir neçə ay ərzində banklar xarici donorların və onların yerli filiallarının ciddi kriminal araşdırmaya məruz qalmalarını əsas gətirərək, ən azı 12 QHT-nin hesablarını dondurub.

Hökümət həmçinin həmin QHT-lərin əldə etdikləri qrantları qeydiyyata almaqdan imtina edib ki, (bu yaxınlarda çıxarılan qanuna qədər) onları asılı vəziyyətdə saxlasın. Yalnız 3 həftə ərzində 3 aparıcı müstəqil QHT bağlanmağa məcbur edilib. Qalan bir neçəsini də bu cür qaçılmaz sonluq gözləyir. Eyni zamanda bir neçə fəal ya ölkədən qaçıb, ya da gizlənir.

Hazırda dünyanın başı eyni zamanda baş verən bir neçə böhrana, o cümlədən Ukraynadakı hadisələrə qarışıb. Heç də təəcüblü deyil ki, belə bir vəziyyətdə Azərbaycan höküməti tənqidçilərinə qarşı həlledici zərbələri endirmək kimi fürsəti əldən verməyəcək. Adətən Bakıdakı insan haqlarının vəziyyəti ilə maraqlanan ABŞ və Avropa Birliyinin diqqəti qonşuluqda baş verənlərə yayınıb. Çox güman, hökümət Rusiya əleyhinə çıxanlara Kreml tərəfindən amansız təzyiqlərdən ilhamlanıb.

Çox təəsüf ki, zaman da uyğun deyil. Azərbaycan Avropanın dövlətlərarası insan hüquqları institutuna, Avropa Şurasına müvəqqəti sədrlik edir. İndi baş qərargah Strasburqda bunun arxasında duranlar vəziyyətin absurdluğunu dərk edib, ürəkdən gülürlər.

Onlar həmçinin güman edə bilərlər ki, zəngin karbohidrogen sərvəti və ya geostrateji özəlliyi ölkəni siyasi və diplomatik fiaskodan qurtara bilər. Burada onlar çox yanılırlar.

Azərbaycan təbii ehtiyatların idarə edilməsi istiqamətində hökumətin açıqlığını təşviq etmək məqsədi daşıyan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü kimi nüfuzlu beynəlxalq koalisiyanın təsisçisi və İdarə Heyətinin üzvüdür.Koalisiya Azərbaycan kimi təbii ehtiyatları ilə zəngin ölkələrdə ictimai debatların şəffaflığını təmin etmək üçün hökümətləri, biznes və müstəqil qrupları bir araya gətirir.

Azərbaycan rəsmiləri ölkənin korrupsiyaya qarşı mübarizədə iddialı olduğunu sübut edən bir dəlil kimi sözügedən təşəbbüsə üzvlüklə fəxr edirlər. Halbuki, bu təşəbbüsə üzv olan bir neçə müstəqil QHT-nin fəaliyyəti dayandırılıb, təsisçiləri isə həbs ediləcəklərindən narahatdırlar. Təşəbbüsə üzv olan biznes və hökümət nümayəndələri bu ikiüzlülüyə son qoyub, Azərbaycanın üzvlüyünə dərhal xitam verməlidirlər.

Bir neçə il öncə Arif mənə Leylaya ünvanlanan məktubları göstərdi. Zərflərin üzərində heç bir ünvan qeyd edilməmişdi, yalnız onların adları və “Bakı,Azərbaycan” yazılmışdı. Poçt işçiləri məktubların hara çatdırılacağını çox gözəl bilirdi. Azərbaycanın hər küncündən Leylaya məktublar gəlirdi.

Azərbaycan höküməti nə qədər insan haqları cərəyanının “başını” və “əl-ayağını” kəsməyə çalışsa da, onun “ruhunu” əzməyə nail olmayacaq.

Ana səhifəXəbərlər“Azərbaycanda insan haqları müdafiəçilərinin təqibi davam edir”.