Azərbaycanda ilin son günü koronavirusdan 753 nəfər sağalıb

Foto: Meydan TV

“595 adam yoluxub”

Dekabrın 31-də Azərbaycanda 595 adam COVID-19 infeksiyasına yoluxub, 753 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, analiz nümunələri müsbət çıxan 12 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 616 min 947 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 599 min 546 nəfər müalicə olunaraq sağalıb, 8 min 358 pasiyent ölüb. Aktiv xəstə sayı 9 min 43 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 549, bu günə qədər isə 5 milyon 853 min 885 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda ilin son günü koronavirusdan 753 nəfər sağalıb