“Azərbaycanda ifadə və media azadlığına təhdidlər qalır”

“Xədicə İsmayılın işi jurnalistlərin sistematik hədəfə alınmasının davamıdır”

Source:


“Xədicə İsmayılın işi jurnalistlərin sistematik hədəfə alınmasının davamıdır”

Dekabrın 10-da Böyük Britaniyanın Bakıdakı səfirliyində Beynəlxalq İnsan Haqları günü qeyd olunub. Tədbirdəki çıxışında səfir İrfan Siddiq son günlər ölkədə baş verən həbslərə də toxunub, deyib ki, istənilən dövlətin gücü onun müxtəlif fikirləri dinləmək və bu problemlərlə məşğul olmaq, birgə müzakirə və həll etməkdən ibarətdir:

“İnsan hüquqları günündə Azərbaycan hökuməti və fikir formalaşdıran şəxslərə müraciətim o olardı ki, fərqli fikirlərə dözümlü olsunlar və biz birgə qarşılıqlı anlaşma şəraitində müzakirələr apara bilərik”.

Bu barədə Azadlıq Radiosunun yaydığı məlumata görə, İnsan hüquqları günündə Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri David Libington



da öz bloqunda Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılın həbsinə toxunub:

“Ötən ay Azərbaycana getdim. Bu ölkədə ifadə və media azadlığına təhdidlər qalır. Elə ötən cümə günü daha bir jurnalist saxlanıb və barəsində həbs-qətimkan tədbiri seçilib. Xədicə İsmayılın işi jurnalistlərin sistematik hədəfə alınmasının davamıdır. Bu, tez-tez həbs cəzaları ilə bitir. Ancaq Azərbaycan müstəqil media azadlığını pozan ölkələr sırasında tək də deyil”.

Dekabrın 5-də Səbail rayon məhkəməsi Xədicə İsmayıl barəsində 2 aylıq həbs qərarı çıxarıb.

Jurnalist cinayət məcəlləsinin 125-ci (özünüöldürmə həddinə çatdırma) maddəsi ilə təqsirləndirilir. Xədicə İsmayıl həbsinin səbəbini özünün jurnalist fəaliyyəti ilə əlaqələndirir.

Ana səhifəXəbərlər“Azərbaycanda ifadə və media azadlığına təhdidlər qalır”