Azərbaycanda həbs edilən erməni əsilli Marat Ueldanova hökm oxundu

”Do&co” şirkətinin əməkdaşı 8 il iş azadlıqdan məhrum edildi

Source:


”Do&co” şirkətinin əməkdaşı 8 il iş azadlıqdan məhrum edildi

Aprelin 28-də Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Meydan TV-nin məlumatına görə,  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Hökmə əsasən o, 8  il müddətinə azadlıqdan məhrum edilib.

Ötən iclasda ifadə M. Ueldanov özünü təqsirli bilməyib. M.Ueldanovun məhkəməsi qapalı şəkildə keçirilib və jurnalistlər iclasa buraxılmayıb. Onun ittiham olunduğu maddə üzrə məhkəmə prosesi qanuna əsasən açıq keçirilməli olsa da, məhkəmə iclaslarına kənar şəxslər buraxılmayıb.

Rəsmi məlumatlara görə, Marat Ueldanov (Qalustyan) keçən ilin yayında saxlanılıb. Ona qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb.

Marat Ueldanovun bacısı Mariana Mirzoyanın  “Rusarminfo”ya verdiyi açıqlamaya görə, o, 2016-cı il iyunun 9-dan Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır.

Avstriyanın “Do&co” şirkətinin əməkdaşı olan Ueldanov Bakıda keçirilən “Formula 1” yarışları zamanı qida təşkili məsələləri ilə məşğul olub.

Bacısı bildirib ki, Marat  1982-ci ildə Bakıda anadan olub: “Pasportuna erməni soyadı yox, həyat yoldaşının soyadı yazılıb. O, 2015-ci ilin martında Birinci Avropa Oyunlarında çalışıb. 2016-cı il iyunun 6-da çalışdığı “Do&co” şirkəti vasitəsilə Bakıya göndərilib. Bakıya gələndən sonra onunla əlaqə qurmaq mümkün olmayıb”.

Sonradan məlum olub ki, iyunun 9-da Marat və iş yoldaşı Yelena Makarenko həbs olunub. 15 gündən sonra Yelenanı saxlanma təcridxanasından azad ediblər və o, Moskvaya qayıdıb.

Bacısı bildirib ki, kimsə onun erməni olması barədə məlumat verib.

Ana səhifəXəbərlərAzərbaycanda həbs edilən erməni əsilli Marat Ueldanova hökm oxundu