Azərbaycanda günlük virusa yoluxanların sayı artıb: 223 nəfər

“Bugünkü test sayı isə 8043-dür”.

Source: Meydan TV


2 nəfərin vəfat etdiyi, 176 nəfərin sağaldığı bildirilir

Fevralın 23-də Azərbaycanda 223 adam COVİD-19 infeksiyasına yoluxub, 176 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Testi müsbət çıxan 2 nəfərin öldüyü bildirilib.

Operativ Qərargah Azərbaycanda indyə qədər 233 min 424 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: "Onlardan 228 min 12 nəfər müalicə olunaraq sağalıb, 3204 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 2208 nəfərdir".

Qərargah ötən müddətdə 2 milyon 563 min 101 testin aparıldığını xatırladıb: "Bugünkü test sayı isə 8043-dür".

Ana səhifəSosialAzərbaycanda günlük virusa yoluxanların sayı artıb: 223 nəfər