Xəsarət alanlar var
Azərbaycanda futbol klubunun avtobusu qəzaya düşüb, xəsarət alanlar var. Bu barədə məlumatı Peşəkar Futbol Liqası (PFL) yayıb.
Hadisə martın 7-də, “Mingəçevir” futbol komandası 1-ci divizionun 20-ci turu çərçivəsində “Şamaxı-2” ilə səfər oyununa gedərkən baş verib. Komandanı aparan avtobus yolda qəzaya uğrayıb.
Son məlumata əsasən, futbolçular və rəhbərlik heyəti arasında xəsarət alanlar var.
Bu fors-major hal nəzərə alınaraq, PFL tərəfindən bu günə nəzərdə tutulan “Şamaxı-2” – “Mingəçevir” oyunu təxirə salınıb.