Azərbaycanda ehtiyatda olan zabitlər orduya çağırılır

Foto: Müdafiə Nazirliyi

Hərbi xidmətə qəbul 35 yaşadək həyata keçiriləcək

Azərbaycan Müdafiə Nazirliyi ehtiyatda olan zabitlərin həqiqi hərbi xidmətə qəbulunu elan edib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti martın 5-də məlumat yayıb.

Bildirilir ki, Azərbaycan Ordusunda müqavilə əsasında könüllü olaraq zabitlərin həqiqi hərbi xidmətə qəbul edilmələri üçün fiziki cəhətdən sağlam, məhkumluğu olmayan, 35 yaşınadək ehtiyatda olan zabitlərin həqiqi hərbi xidmətə qəbulu elan edilir.

“Vətəndaşlar bazar və bayram günləri istisna olmaqla saat 09:00-dan 17:00-dək Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinə ərizə ilə və ya Müdafiə Nazirliyinin elektron poçt ünvanına müraciət edə bilərlər. Məhkumluğu olan, xəstəliyə və xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan şəxslərin müraciət etməməsi xahiş olunur”, – deyə məlumatda vurğulanıb.

Ana səhifəSiyasətAzərbaycanda ehtiyatda olan zabitlər orduya çağırılır