Bu gün aprelin 7-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi möhkəmlənib.
”
APA
-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) aprelin 8-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0021 manat və ya 0,2 faiz bahalaşaraq 1,0517 manat səviyyəsində qərarlaşıb.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0083 manat və ya 0,72 faiz ucuzlaşaraq 1,1399 manat olub.