Azərbaycanda daha iki nəfərdə virus aşkarlanıb

“1997-ci il təvəllüdlü tələbədə yüksək bədən hərarəti müşahidə olunub, müayinə zamanı onun koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib və o, xüsusi rejimli xəstəxanaya yerləşdirilib”

Source: Foto: google.az


Koronavirusa yoluxan şəxslərdən biri İrandan, digəri İtaliyadan qayıdıb

Azərbaycanda daha iki nəfərdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Məlumatı Nazirlər Kabinetinin yanında Operativ Qərargah yayıb.

Bildirib ki, İran İslam Respublikasında müalicə olunduqdan sonra Azərbaycana qayıdan 1969-cu il təvəllüdlü qadının səhhətində problemlər yarandığından xəstəxanaya müraciət edib:

“Müayinələr zamanı onda ağır autoimmun xəstəlik olan qırmızı qurdeşənəyi, 4-cü sinif lupus nefriti və xroniki böyrək çatışmazlığının olduğu müəyyən edilib. Eyni zamanda, müayinələr zamanı həmin şəxsin koronavirus infeksiyasına yoluxduğu aşkarlanıb. Hazırda xüsusi rejimli xəstəxanaya yerləşdirlimiş xəstənin səhhəti orta ağır qiymətləndirilir, onun müalicəsi ilə bağlı müvafiq tədbirlər görülür”.

İkinci şəxsin isə İtaliyadan qayıdan tələbə olduğu qeyd olunub:

“1997-ci il təvəllüdlü tələbədə yüksək bədən hərarəti müşahidə olunub, müayinə zamanı onun koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib və o, xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Xəstənin vəziyyəti stabildir. Bundan əvvəl koronavirus infeksiyasına yoluxma faktı qeydə alındıqdan sonra xüsusi rejimli xəstəxanaya yerləşdirilmiş 1938-ci il təvəllüdlü Azərbaycan vətəndaşının səhhəti stabil ağırdır. Xəstə ciddi nəzarət altında saxlanılır və müalicəsi ilə bağlı bütün zəruri tədbirlər həyata keçirilir”.

Koronavirus infeksiyası aşkarlanan digər şəxslərin xüsusi rejimli xəstəxanalarda müalicəsinin davam etdiyi, səhhətlərinin sabit normal olduğu bildirilir.

Azərbaycanda ilk koronavirus infeksiyası fevralın 28-də İrandan qayıdan bir nəfərdə aşkarlanmışdı. Bir gün sonra daha iki nəfər koronavirus infeksiyası ilə qeydə alınaraq nəzarətə götürüldü.

Elə həmin gün Azərbaycan İran İslam Respublikası ilə hava və quru sərhədlərini müvəqqəti qapatdı.


Martın 2-də

orta və ali təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb, martin 10-da

Novruz Bayramı

şənlikləri ləğv edilməsi elan edilib.

Ana səhifəSosialAzərbaycanda daha iki nəfərdə virus aşkarlanıb