”Qafqaz İnkişaf Bankı” ASC və ”Atrabank” ASC bağlandı
Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 16 avqust tarixli Qərardadı ilə “Qafqaz İnkişaf Bankı”ASC və “Atrabank” ASC müflis elan olunub”.
Bu haqda Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) məlumat yayıb.
ADİF lisenziyası ləğv edilmiş “Atrabank” və “Qafqaz İnkişaf Bankı” ASC-lərin ləğvedicisi elan edilib.
2016-cı il iyulun 21-də Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurası “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin bank lisenziyaları ləğv edilib.
Beləliklə də 2016-ci ilin iyul-avqust aylarında bağlanan bankların sayı 6-ya çatıb.