Azərbaycanda daha bir nəfər koronavirusun qurbanı olub

“Bugünkü test sayı isə 7108-dır”.

Source: Aziz Karimov


İnfeksiyaya yoluxma sayı 163-dür

Sentyabrın 11-də Azərbaycanda 1 xəstə COVİD-19 infeksiyasından ölüb, 163 adam yoluxub, 171 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 38 min 37 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: “Onlardan 35 min 440 nəfər müalicə olunaraq sağalıb, 557 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 2040 nəfərdir”.

Eyni zamanda, ötən müddətdə 995 min 376 testin aparıldığı bildirilib:

“Bugünkü test sayı isə 7108-dır”.

Ana səhifəSosialAzərbaycanda daha bir nəfər koronavirusun qurbanı olub