Bloger sosial şəbəkələrdə hökumət əleyhinə aksiyalar haqqında videoçarxlar yerləşdirirdi
Xalq Cəbhəsi Partiyasının fəalı, bloger Namiq Sadıqlı noyabrın 30-da saxlanılıb.
AXCP üzvlərinin Turan-a verdiyi məlumata görə, Sadıqlı Nəsimi rayon 19-cu polis bölməsinə
aparılıb.
Məlumata görə, o, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə ittiham olunur.
Onu bir ayadək həbs cəzası gözləyir. Blogerin işinə bu gün paytaxtın Nəsimi rayon məhkəməsində baxılacaq. Onun “polisə tabe olmama”nın məhz nədən ibarət olduğu aydın deyil.
AXCP fəallarının sözlərinə görə, Sadıqlı sosial şəbəkələrdə fəal idi və orada müxalifətin hökumət əleyhinə aksiyaları haqqında videoçarxlar yerləşdirirdi.
Hazırda Azərbaycanda 10-dan çox jurnalist və bloger həbsdədir. Onlar hamısı ölkə hakimiyyətinin siyasətini tənqid etdiklərinə görə mühakimə ediliblər.