Hazırda 836 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir
Aprelin 15-də Azərbaycanda 56 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 53 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə
Nazirlər Kabineti
yanında Operativ Qərargah məlumat yayıb.
Qərargah bildirib ki, hazırda Azərbaycanda 1253 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 404 nəfəri müalicə olunaraq sağalıb, 13 nəfər ölüb, 836 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 27 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Operativ qərargah əlavə edib ki, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 75.397 test aparılıb.