Azərbaycanda daha 4323 nəfər koronavirusa yoluxub

“Bugünkü test sayı isə 20778-dir”.

Source: Meydan TV


42 xəstənin vəfat etdiyi açıqlanıb

Dekabrın 5-də Azərbaycanda 42 xəstə COVİD-19 infeksiyasından ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.

Operativ Qərargah bu gün 4323 nəfərin yeni koronavirusa yoluxduğunu, 2180 nəfər müalicə olunaraq sağaldığını bildirib.

Qərargah Azərbaycanda indiyə qədər 142 min 323 nəfərin COVİD-19 infeksiyasına yoluxduğunu xatırladıb: “Onlardan 85 min 980 nəfər müalicə olunaraq sağalıb, 1593 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 54750 nəfərdir”.

Eyni zamanda, ötən müddətdə 1 milyon 817 min 804 testin aparıldığı qeyd edilib: “Bugünkü test sayı isə 20778-dir”.

Ana səhifəSosialAzərbaycanda daha 4323 nəfər koronavirusa yoluxub