Azərbaycanda daha 39 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb

Xəstəxanalarda 474 nəfər müalicə olunur

Source: Архив


Xəstəxanalarda 474 nəfər müalicə olunur

Azərbaycanda aprelin 28-də daha 39 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, 59 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hazırkı dövrədək Azərbaycanda 1717 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 1221 nəfər müalicə olunaraq sağalıb, 22 nəfər vəfat edib, 474 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 22 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 132 min 640 test aparılıb.

Ana səhifəXəbərlərAzərbaycanda daha 39 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb