Daha iki nəfərin öldüyü bildirilir
İyunun 6-da Azərbaycanda yeni koronavirus infeksiyasına 379 yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq evə buraxılıb.
Bu barədə məlumat yayan Nazirlər Kabineti yanında Operativ Qərargah 1941 və 1956-cı il doğumlu 2 xəstənin öldüyünü bildirib.
Operativ qərargahın məlumatına görə, Azərbaycanda indiyədək 7239 nəfər koronavirus infeksiyasına yoluxub:
“Onlardan 4024 nəfər müalicə olunaraq sağalıb, 84 pasient ölüb, 3131 şəxsin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin xəstələrdən 72-nin vəziyyəti ağır, 86-nın durumu orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir”.
Eyni zamanda, ötən müddətdə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 334 min 863 testin aparıldığını qeyd olunub.