122 nəfər müalicə olunaraq evə buraxılıb
Aprelin 19-da Azərbaycanda 25 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 122 nəfər müalicə olunaraq evə buraxılıb, 1 nəfər isə ölüb.
Məlumatı
Nazirlər Kabineti
yanında Operativ Qərargah yayıb.
Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan, ürəyin işemik xəstəliyi, arterial hipertenziya, postinfarkt kardiosklerozu olan 1940-cı il təvəllüdlü vətəndaş vəfat edib.
Operativ qərargahın xəbərində qeyd olunub ki, hazırkı dövrədək ölkədə 1398 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 712 nəfər müalicə olunaraq sağalıb, 19 nəfər ölüb, 667 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 19 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 95.747 testin aparıldığı bildirilib.