Azərbaycanda COVİD-19-a yoluxanların sayı 3700-ü keçdi

“Bugünkü test sayı isə 19178-dir”.

Source: Meydan TV


32 nəfər infeksiyadan həyatını itirib

Noyabrın 26-da Azərbaycanda 32 xəstə COVİD-19 infeksiyasından ölüb.

Bu barədə məlumat yayan Nazirlər Kabineti yanında Operativ Qərargah 3705 adamın infeksiyaya yoluxduğunu, 1609 nəfərin isə müalicə olunaraq sağaldığını bildirib.

Operativ qərargah Azərbaycanda indiyə qədər 106 min 101 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu xatırladıb:

“Onlardan 68 min 572 nəfər müalicə olunaraq sağalıb, 1256 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 36273 nəfərdir”.

O cümlədən, ötən müddətdə 1 milyon 665 min 832 testin aparıldığı qeyd olunub:

“Bugünkü test sayı isə 19178-dir”.

Ana səhifəSosialAzərbaycanda COVİD-19-a yoluxanların sayı 3700-ü keçdi