Bir gündə 572 nəfər infeksiyaya yoluxub
İyulun 2-də Azərbaycanda 572 nəfər COVİD-19 infeksiyasına yoluxub, 364 adam müalicə olunaraq evə buraxılıb, 8 xəstə isə ölüb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda qeyd olunub ki, Azərbaycanda indiyə qədər 18 min 684 nəfər yeni koronavirus infeksiyasına yoluxub, onlardan 10 min 425 nəfər müalicə olunub, 228 pasient ölüb. Hazırda aktiv xəstə sayı 8031 nəfərdir.
Mənbə ötən müddətdə 495 min 828 testin apardığını qeyd edib:
“Bugünkü test sayı isə 6976-dır”.