Azərbaycanda COVİD-19: bir gündə 145 yoluxma, 3 ölüm hadisəsi

“Bugünkü test sayı isə 7216-dır”.

Source: Meydan TV


155 nəfərin müalicə olunaraq sağaldığı bildirilir

Fevralın 18-də Azərbaycanda 145 nəfər COVİD-19 infeksiyasına yoluxub, 155 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumatda 3 nəfərin infeksiyadan öldüyü bildirilib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 232 min 636 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu xatırladıb.

"Onlardan 227 min 271 nəfər müalicə olunaraq sağalıb, 3190 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 2175 nəfərdir", – məlumatda qeyd olunur.

Qərargah ötən müddətdə 2 milyon 528 min 610 testin aparıldığını qeyd edib: "Bugünkü test sayı isə 7216-dır".

Ana səhifəSosialAzərbaycanda COVİD-19: bir gündə 145 yoluxma, 3 ölüm hadisəsi