Koronavirus

Mənbə: Meydan TV

Başlıq: Koronavirus

Azərbaycanda COVİD-19: 584 nəfər yoluxub, 5 nəfər ölüb

128 nəfərin sağaldığı bildirilir

Oktyabrın 20-də Azərbaycanda 584 nəfər COVİD-19 infeksiyasına yoluxub, 5 xəstə ölüb, 128 nəfər sağalıb.

Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 45 min 879 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib.

“Onlardan 40 min 272 nəfər müalicə olunaraq sağalıb, 635 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 4972 nəfərdir”, - məlumatda qeyd olunub.

Eyni zamanda, ötən müddətdə 1 milyon 241 min 664 testin aparıldığı qeyd olunub: “Bugünkü test sayı isə 9028-dir”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/581gv0

Ən çox baxılan