“Azərbaycanda “böyük terror”un tarixi“ kitabı azərbaycanca nəşr olundu

Eldar İsmayılovun “Властъ и народ”, Азербайджан оттепелъ, 1953-1956” əsərlərinin də Azərbaycan dilində buxarılacağı bildirilib.

Source: Foto: Meydan TV


Bu, Eldar İsmayılovun Azərbaycan dilində ilk kitabıdır

Tarixçi-alim, professor Eldar İsmayılovun 2015-ci ildə Moskvanın “Rospen” nəşriyyatında dərc olunmuş “История большого террора в Азербайджане” (“Azərbaycanda “böyük terror”un tarixi”) adlı son monoqrafiyası Azərbaycan dilində nəşr olunub.

Bu, Eldar İsmayılovun Azərbaycan dilində ilk kitabıdır.

Azərbaycan Pedaqoji Universitetinin nəşriyyatında dərc edilən kitabın tərcüməçisi tarix elmləri doktoru Şəlalə Məmmədovadır.

Bu barədə mərhum tarixçinin yaxınları Meydan TV-yə məlumat verib.

Bildirilib ki, kitab sovet tarixinin ən dramatik dövrünə, Azərbaycan Sovet Respublikasında 1936-1938-ci illərdə baş vermiş Stalin repressiyalarına həsr olunub: “Hələlik nə vətən, nə də dünya tarixşünaslığında regionlarda stalinizmin tarixinə həsr olunmuş dərin elmi tədqiqat işi yazılmayıb. Bu mənada təqdim olunan əsər mövcud olan boşluğu doldurur”.

Tarixçi respublika və Rusiya arxivlərindən əldə etdiyi sənədlərin təhlili əsasında Stalin repressiyalarını təhlil edib, Azərbaycan şəraitində onların xüsusiyyətlərini müəyyənləşdirib.

Müəllifin fikrincə, repressiyalar millətçilərin dedikləri kimi anti-Azərbaycan xarakteri daşımayıb, “böyük terror” millətindən və dinindən asılı olmayaraq bütövlükdə sovet xalqının hər bir üzvünə təsir göstərib. Eldar İsmayılov “böyük terror”u böyük faciə adlandırıb:

“Vaxtilə vahid dövlətin tərkibində yaşayan çoxsaylı xalqların mərkəzi hakimiyyətə olan inamının qırılmasında əhəmiyyətli rol oynamışdı”.

Eldar İsmayılovun “Властъ и народ”, Азербайджан оттепелъ, 1953-1956” əsərlərinin də Azərbaycan dilində buxarılacağı bildirilib.

Ana səhifəSiyasət“Azərbaycanda “böyük terror”un tarixi“ kitabı azərbaycanca nəşr olundu