Azərbaycanda bir sıra porno saytlara giriş məhdudlaşdırılıb

Osman Gündüz: ”Bu doğru yanaşmadır”

Source:


Osman Gündüz: ”Bu doğru yanaşmadır”

“Xvideos” və “Xnxx” porno portallarına giriş məhdudlaşdırılıb.

Porno saytlara girişin məhdudlaşdırılması sosial şəbəkələrin və medianın əsas gündəmini tutub.

Elektron Təhlükəsizlik Xidmətindən “

Qafqazinfo

”ya daxil olan məlumata görə, Aidiyyatı qurumların müraciəti əsasında Elektron Təhlükəsizlik Xidməti tərəfindən bəzi qeyri-etik məzmunlu saytlarla əlaqədar məhkəmə instansiyalarına müraciət olunub və onların ölkə ərazisində fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı müvafiq qərar qəbul edilib.

Xidmətdən bildiriblər ki, Azərbaycanda pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatların yayılması, saytlarda yerləşdirilməsi qanunla qadağandır.

“Fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən saytın və onun domen adının sahibinə, o cümlədən host provayderə yazılı xəbərdarlıq edilir. 8 saat ərzində yayılması qadağan edilən informasiya saytdan götürülmədikdə, Xidmət tərəfindən həmin saytın ölkə ərzisində fəaliyyətinin məhdudlaşdırılması barədə müvafiq məhkəmə instansiyalarına müraciət olunur”.

Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz Oxu.az saytına açıqlama verərək deyib ki, porno saytlara girişin məhdudlaşdırılması doğrudur.

O, bu cür addımı dünya praktikasında olduğunu xatırladıb:

“Əgər saytlarda yerli qanunvericiliyə zidd informasiya varsa, həmin saytlar qapanır. Bu, hamısına aiddir. Terrorçuluq, dövlətçilik əleyhinə, silahlılar və azyaşlılarla bağlı olan məlumatlardır. Həmin saytlar isə uşaqlara zərər verən pornoqrafik məlumatlarla doludur”.

Osman Gündüz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məhkəmə qərarı olmadan belə saytları bloklamasının səlahiyyətli olduğunu deyir:

“Bu cür resurslara qarşı belə addım atılırsa, narahatlığa əsas yoxdur. Nazirliyin məhkəməyə müraciət etməsi də düzgün olardı. Son qərarı məhkəmənin verməsi daha doğru addımdır. Bu cür pornoqrafik resurlar Azərbaycan ərazisində bağlanırsa, doğru yanaşmadır”.

Ana səhifəXəbərlərAzərbaycanda bir sıra porno saytlara giriş məhdudlaşdırılıb