Azərbaycanda bir neçə saytın fəaliyyəti dayandırılıb

“APA Holding” və “Teleqraf Holding”in tərkibinə daxil olan 6 sayt ləğv edilib

Source:


“APA Holding” və “Teleqraf Holding”in tərkibinə daxil olan 6 sayt ləğv edilib

“Kult.az”, “Tabloid.az”, “İ

svestiya.az

”,“Kulis.az”, “Ailem.az” və “Avtolent.az” saytlarının fəaliyyəti dayandırılıb. Holdinq rəhbərləri bununla bağlı məlumat yayıb.

“APA Holding”in  yaydığı məlumatda bildirilir ki, Şirkətin Direktorlar Şurasının qərarı ilə holdinqə daxil olan

kulis.az

,

ailem.az

 və

avtolent.az

saytlarının fəaliyyəti dayandırılıb. Qərarın verilməsinə səbəb layihələrin biznes baxımından rentabelli hesab olunmamasıdır. Bundan sonra saytların arxivi saxlanmaqla ”

lent.az

“da eyni adlı rubrikalar fəaliyyətini davam etdirəcək.
“Gündəlik Teleqraf”ın baş direktoru Aynur Camalqızı axar.az-a bildirib ki, sözügedən media orqanlarının fəaliyyətinə son verilməsi maliyyə problemi ilə bağlı deyil: “Biz işçilərimizi ixtisar etmirik, onlar yenə də bizim digər saytlarda fəaliyyətlərini davam etdirəcəklər. Bu addımımızı hansısa “iqtisadi böhran”la əlaqələndirənlər yanılır. Qərarımızın çox sadə səbəbi var. Bildiyiniz kimi, Kult.az, İ

zvestiya.az

 və Tabloid.az sahəvi saytlar idi və əvvəllər Publika.az xəbər portalında həmin mövzularda əməkdaşlarımız uğurlu layihələrlə çıxış edirdilər. Biz həmin bölmələri ayrıca saytlara çevirəndə biznes maraqlarımızı əsas götürmüşdük və reklamlar alacağımıza ümid edirdik. Amma gözləntilərimiz nəticə vermədi və həmin saytların fəaliyyətinə xitam verməli olduq”.
 A.Camalqızı əlavə edib ki, “Gündəlik Teleqraf”a daxil olan digər saytlar Türkiyə onlayn media modelinə keçməyi məqsədəuyğun sayır:
 “Digər saytlarımız – Axar.az, Publika.az və Teleqraf.com bundan sonra xəbər portalı kimi fəaliyyət göstərəcək. Bu, reklam şirkətləri ilə daha sıx əməkdaşlıq qurmağımıza hesablanmış addımdır”.

Ana səhifəXəbərlərAzərbaycanda bir neçə saytın fəaliyyəti dayandırılıb