Daha iki nəfər vəfat edib
Sentyabrın 5-də Azərbaycanda 161 adam COVİD-19 infeksiyasına yoluxub, 146 nəfər müalicə olunaraq evə buraxılıb, 2 xəstə isə ölüb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında qeyd olunub.
Bildirilib ki, Azərbaycanda indiyə qədər 37 min 192 nəfər yeni koronavirus infeksiyasına yoluxub. Onlardan 34 min 565 nəfər müalicə olunaraq sağalıb, 545 pasient vəfat edib. Hazırda aktiv xəstə sayı 2082 nəfərdir.
O cümlədən, ötən müddətdə 956 min 492 testin aparıldığı qeyd olunub:
“Bugünkü test sayı isə 7179-dur”.