Azərbaycanda bir gündə koronavirusa yoluxma sayı 144 olub

“Bugünkü test sayı isə 5248-dir”.

Source: Meydan TV


Bir nəfər həyatını itirib

Oktyabrın 2-də Azərbaycanda 1 nəfər COVİD-19 infeksiyasından ölüb, 144 adam virusa yoluxub, 149 nəfər sağalıb. Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Operativ qərargah bidirib ki, Azərbaycanda indiyə qədər 40 min 453 nəfər yeni koronavirus infeksiyasına yoluxub. Onlardan 38 min 217 nəfər müalicə olunaraq sağalıb, 594 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 1642 nəfərdir.

O cümlədən, ötən müddətdə 1 milyon 126 min 538 testin aparıldığı xatırlanıb: "Bugünkü test sayı isə 5248-dir".

Ana səhifəSosialAzərbaycanda bir gündə koronavirusa yoluxma sayı 144 olub