Azərbaycanda bir gündə koronavirdan ölənlərin sayı 14 oldu

“Bugünkü test sayı isə 13290-dır”.

Source: Meydan TV


1364 nəfər virusa yoluxub

Noyabrın 5-də Azərbaycanda 14 xəstə COVİD-19 infeksiyasından ölüb, 1364 adam infeksiyaya yoluxub, 768 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Operativ qərargah Azərbaycanda indiyə qədər 60 min 873 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 46 min 465 nəfər müalicə olunaraq sağalıb, 794 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 13614 nəfərdir”.

O cümlədən, ötən müddətdə 1 milyon 404 min 543 testin aparıldığı xatırlanıb:

“Bugünkü test sayı isə 13290-dır”.

Ana səhifəSosialAzərbaycanda bir gündə koronavirdan ölənlərin sayı 14 oldu