Azərbaycanda bir gündə 91 nəfər koronavirusa yoluxub

3 pasiyentin həyatını itirdiyi bildirilir

Source: Архив


3 pasiyentin həyatını itirdiyi bildirilir

Avqustun 13-də Azərbaycanda 91 adam COVID-19 infeksiyasına yoluxub, 211 nəfər müalicə olunaraq evə buraxılıb, 3 xəstə isə ölüb.

Bu barədə məlumat yayan Nazirlər Kabineti yanında Operativ Qərargah bildirib ki, Azərbaycanda indiyədək 33 915 nəfər yeni koronavirus infeksiyasına yoluxub:

“Onlardan 31 269 nəfər müalicə olunaraq sağalıb, 500 pasiyent vəfat edib. Hazırda aktiv xəstə sayı 2 146 nəfərdir”.

Operativ qərargah son sutkada 7 520, ötən müddətdə isə ümumilikdə 812 033 testin aparıldığını qeyd edib.

Ana səhifəXəbərlərAzərbaycanda bir gündə 91 nəfər koronavirusa yoluxub