COVİD 19-a daha 321 nəfər yoluxub
İyulun 25-də Azərbaycanda 321 adam COVİD-19 infeksiyasına yoluxub, 535 nəfər sağalıb, 8 xəstə isə ölüb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün yaydığı məlumatda Azərbaycanda indiyə qədər 29 min 633 nəfərin koronavirus infeksiyasına yoluxduğu göstərilib:
“Onlardan 22 min 82 nəfər müalicə olunaraq sağalıb, 408 pasient ölüb, aktiv xəstə sayı 7143 nəfərdir”.
Operativ qərargah ötən müddətdə 676 min 252 testin aparıldığını qqeyd edib:
“Bugünkü test sayı isə 8433-dür”.