Koronavirus

Mənbə: Meydan TV

Başlıq: Koronavirus

Azərbaycanda bir gündə 526 infeksiyaya yoluxma, 8 ölüm

502 nəfər müalicə olunaraq evə buraxılıb

İyulun 10-da Azərbaycanda 526 adam COVİD-19 infeksiyasına yoluxub, 502 nəfər müalicə olunaraq evə buraxılıb, 8 xəstə isə ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilib ki, Azərbaycanda indiyə qədər 22 min 990 nəfər yeni koronavirus infeksiyasına yoluxub. Onlardan 14 min 93 nəfər müalicə olunaraq sağalıb, 292 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 8605 nəfərdir.

Operativ qərargah ötən müddətdə 552 min 311 testin aparıldığını qeyd edib:

“Bugünkü test sayı isə 7576-dır”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/4w6kvf

Ən çox baxılan