Son sutkada virusa yoluxanların sayı 278 oldu
Fevralın 27-də Azərbaycanda 278 adam COVİD-19 infeksiyasına yoluxub, 172 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda testi müsbət çıxan 5 nəfərin öldüyü qeyd olunub.
Operativ Qərargah Azərbaycanda 234 min 267 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: "Onlardan 228 min 651 nəfər müalicə olunaraq sağalıb, 3218 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 2398 nəfərdir".
Qərargah ötən müddətdə 2 milyon 591 min 235 testin aparıldığını xatırladıb: "Bugünkü test sayı isə 7873-dür".