Bir xəstənin virusdan həyatını itirdiyi bildirilir
Oktyabrın 11-də Azərbaycanda 1 xəstə COVİD-19 infeksiyasından ölüb, 230 adam yoluxub, 122 nəfər sağalıb.
Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.
Operativ qərargah Azərbaycanda indiyə qədər 41 min 982 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu xatırladıb:
“Onlardan 39 min 357 nəfər müalicə olunaraq sağalıb, 609 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 2016 nəfərdir”.
O cümlədən, ötən müddətdə 1 milyon 176 min 720 testin aparıldığı qeyd edilib:
“Bugünkü test sayı isə 7064-dür”.