132 nəfərin virusa yoluxduğu bildirilir
“Fevralın 7-də Azərbaycanda 132 adam COVİD-19 infeksiyasına yoluxub, 285 nəfər müalicə olunaraq sağalıb”.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Məlumata görə, virusa yoluxmuş 2 nəfər vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 231 min 154 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib.
"Onlardan 225 min 246 nəfər müalicə olunaraq sağalıb, 3158 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 2750 nəfərdir", – məlumatda bildirilir.
Eyni zamanda, ötən müddətdə 2 milyon 453 min 83 testin aparıldığı vurğulanıb: "Bugünkü test sayı isə 6783-dür".