"74 nəfər müalicə olunaraq sağalıb"
İyulun 15-də Azərbaycanda 199 adam COVID-19 infeksiyasına yoluxub, 74 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilir ki, analiz nümunələri müsbət çıxan 2 xəstə vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 337 801 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: "Onlardan 331 020 nəfər müalicə olunaraq sağalıb, 4 990 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 1 791 nəfərdir".
Qərargah son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 093, ötən müddətdə isə 3 886 055 testin aparıldığını göstərib.