3 xəstənin vəfat etdiyi bildirilir
Sentyabrın 9-da Azərbaycanda 175 adam COVİD-19 infeksiyasına yoluxub, 154 nəfər müalicə olunaraq sağalıb, 3 xəstə ölüb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Operativ qərargah Azərbaycanda indiyə qədər 37 min 732 nəfərin koronavirus infeksiyasına yoluxduğunu bildirib: “Onlardan 35 min 119 nəfər müalicə olunaraq sağalıb, 555 pasiyent ölüb. Aktiv xəstə sayı 2058 nəfərdir”.
Eyni zamanda, ötən müddətdə 980 min 978 testin aparıldığı qeyd edilib: “Bugünkü test sayı isə 7040-dır”.