Azərbaycanda bir gündə 12 nəfər koronavirusdan ölüb

Qərargah Azərbaycanda son gün ərzində 7 494, hazırkı dövrədək isə 3 368 394 testin aparıldığını vurğulayıb.

Source: Meydan TV


Yoluxma sayı 326 olub

Mayın 14-də Azərbaycanda 326 adam COVID-19 infeksiyasına yoluxub, 1 262 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 328 994 nəfərin yeni koronavirusa yoluxduğunu qeyd edib:

"Onlardan 312 460 nəfər müalicə olunaraq sağalıb, 4 754 xəstə ölüb. Hazırda aktiv xəstə sayı 11 780 nəfərdir".

Qərargah Azərbaycanda son gün ərzində 7 494, hazırkı dövrədək isə 3 368 394 testin aparıldığını vurğulayıb.

Ana səhifəSağlıqAzərbaycanda bir gündə 12 nəfər koronavirusdan ölüb