20 nəfərin vəfat etdiyi bildirilir
Mayın 5-də Azərbaycanda 1080 adam COVİD-19 infeksiyasına yoluxub, 2074 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilir ki, analiz nümunələri müsbət çıxan 20 nəfər vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 323 min 841 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu göstərib: "Onlardan 298 min 949 nəfər müalicə olunaraq sağalıb, 4617 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 20275 nəfərdir".
Eyni zamanda, ötən müddətdə 3 milyon 289 min 864 testin aparıldığı bildirilib: "Bugünkü test sayı isə 10701-dir".