Azərbaycanda çörək qiymətlərinin bahalaşdığı deyilir. Marketlərin birindən aldığımız məlumata görə, bəzi çörək qiymətlərində 10%-ə qədər artım qeydə alınıb. Bəziləri bunu ölkədəki ümumi bahalaşmanın tərkib hissəsi kimi görür. Azad İstehlakçılar Birliyinə də qiymət artımı ilə bağlı şikayətlər daxil olub. Şəhər sakinlərinin bir çoxu qiymət artımından daha çox çörəyin çəkisinin azaldığını müşahidə edib. Satıcılardan biri deyir ki, qiymət artımı hələlik bəzi çörək növlərini əhatə edir.
Ölkədə çörəyin qiyməti hökumət tərəfindən tənzimlənmir. Eyyub Hüseynov hesab edir ki, dövlət müdaxiləsi kiçik çörək sexlərini sıradan çıxarıb, inhisarlaşmaya səbəb ola bilər.