Azərbaycanda bazar günü koronavirusa 2685 adam yoluxub

Source: Meydan.tv

“24 xəstə vəfat edib”

Fevralın 20-da Azərbaycanda 2685 nəfər COVID-19 infeksiyasına yoluxub, 6558 xəstə müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 24 pasiyent vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 774 min 394 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 734 min 386 nəfər müalicə olunaraq sağalıb, 9 min 235 xəstə ölüb. Aktiv xəstə sayı 30 min 773 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 629, bu günə qədər isə 6 milyon 485 min 357 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda bazar günü koronavirusa 2685 adam yoluxub