“17 xəstə vəfat edib”
Dekabrın 19-da Azərbaycanda 921 adam COVID-19 infeksiyasına yoluxub, 1382 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 17 xəstə vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 610 min 318 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
“Onlardan 586 min 666 nəfər müalicə olunaraq sağalıb, 8 min 199 pasiyent ölüb. Aktiv xəstə sayı 15 min 453 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 676, bu günə qədər isə 5 milyon 750 min 604 testin icra olunduğu göstərilib.