Bu gün yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 548 test icra olunub
Mayın 15-də Azərbaycanda 5 nəfər COVID-19 infeksiyasına yoluxub, 8 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxanlardan vəfat edən olmayıb.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 792 min 673 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
“Onlardan 782 min 912 nəfər müalicə olunaraq sağalıb, 9 709 pasiyent ölüb. Aktiv xəstə sayı 52 nəfərdir”.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 548, bu günə qədər isə 6 milyon 853 min 222 testin icra olunduğu göstərilib.