Azərbaycanda bazar günü 4 nəfər koronavirusa yoluxub, 7 nəfər sağalıb

Foto: Meydan TV

“Aktiv xəstə sayı 45 nəfərdir”

Mayın 22-də Azərbaycanda 4 nəfər COVID-19 infeksiyasına yoluxub, 7 xəstə müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxanlardan vəfat edən olmayıb.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 792 712 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 782 957 nəfər müalicə olunaraq sağalıb, 9 710 pasiyent ölüb. Aktiv xəstə sayı 45 nəfərdir”.

Son sutkada 2 510, hazırkı dövrədək isə 6 872 506 testin aparıldığı göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda bazar günü 4 nəfər koronavirusa yoluxub, 7 nəfər sağalıb