Azərbaycanda bazar günü 1697 nəfər koronavirusa yoluxub

Source: Meydan TV

“Aktiv xəstə sayı 12 min 829 nəfərdir”

Yanvarın 23-də Azərbaycanda 1697 adam COVID-19 infeksiyasına yoluxub, 526 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 13 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 633 min 731 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 612 min 292 nəfər müalicə olunaraq sağalıb, 8 min 610 pasiyent ölüb. Aktiv xəstə sayı 12 min 829 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 min 851, bu günə qədər isə 6 milyon 65 min 279 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda bazar günü 1697 nəfər koronavirusa yoluxub