Azərbaycanda bayram namazı qılınıb

Source:

Ramazan ayının başa çatması ilə əlaqədar Azərbaycanda bu gün bayram namazı qılınıb.

APA-nın məlumatına görə, saat 10.00-da “Təzəpir” məscidində, saat 9.00-da isə Əjdərbəy məscidində namaz qılınmasına başlanıb.

“Təzəpir” məscidində bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə qılınıb.

QMİ Qazılar Şurasının fətvasına əsasən Ramazan ayı bu il Azərbaycanda miladi təqvimlə iyunun 18-də başlayıb. Eydül-Fitr (Fitr bayramı) isə miladi təqvimlə iyulun 18-nə təsadüf edir.

Ana səhifəXəbərlərAzərbaycanda bayram namazı qılınıb