“215 xəstə sağalıb”
Martın 20-də Azərbaycanda 78 nəfər COVID-19 infeksiyasına yoluxub, 215 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, analiz nümunələri müsbət çıxan 5 xəstə vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyədək 791 482 nəfərin koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
“Onlardan 780 986 nəfər müalicə olunaraq sağalıb, 9 656 pasiyent ölüb. Aktiv xəstə sayı 840 nəfərdir”.
Son sutkada 3 956, hazırkı dövrədək isə 6 666 040 testin aparıldığı göstərilib.